Orqanik Şərab

“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi Azərbaycanda şərabçılıq turizminin inkişafına töhfə verməyi və orqanik bioşərab istehsalı sahəsində xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.

Şamaxının Meysəri kəndində yerləşən kompleksin ərazisində yerli və xarici üzüm sortlarından ibarət üzüm bağı salınıb, məhsulların mühafizəsində kimyəvi vasitələrdən istifadə edilmir. Təbii şəraitdə və yetişmə dövründə əldə olunan üzümlər əl əməyi ilə yığılır. Şərab istehsalı prosesində süni konservantlar, boyaq maddələri, aromatizatorlar və digər kimyəvi komponentlərdən istifadə olunmadığından orqanik bioşərabların tərkibi vitamin və mineral maddələrlə daha zəngindir.

“Şirvan şərabları” MMC tərəfindən “Meysəri” markası ilə istehsal olunan “Sədəf”, “Mərcan” və “Məxməri” şərabları özünəməxsus dadı, rəngi və ətri ilə seçilir. Məhsullar Fransanın “Ecocert” şirkəti tərəfindən sertifikatlaşdırılıb. 2015-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata, eləcə də ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi sertifikatına layiq görülüb.

Şirvan Şərabları

Zəngin ənənə və müasir texnologiyaların vəhdətindən yaranan “Şirvan şərabları” Meysəri kəndində əkilən yerli və xarici üzüm sortlarından hazırlanır, özünəməxsus dadı və ətri ilə seçilir.
2017-ci ilin məhsulundan “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablar istehsal olunub.
Scroll

Tarix

Azərbaycanda üzümçülük qədim və ənənəvi istehsal sahələrindən biridir. XIX əsrin ortaları – XX əsrin əvvəllərində üzümçülük və şərabçılıq burada sənaye əsasları üzərində inkişaf etmiş, Azərbaycan şərabları yüksək keyfiyyətinə görə dünyada tanınmağa başlamışdır.

Sovet dövründə Azərbaycan şərabları beynəlxalq sərgilərdə və dequstasiyalarda dəfələrlə qızıl, gümüş medallara və fəxri diplomlara layiq görülmüşdür.

Həmin illərdə Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi.   Meysəri kəndi ərazisində salınan üzüm bağlarından toplanan məhsuldan yüksək  keyfiyyətli şərab hazırlanırdı.

Üzümçülük

Şamaxı rayonunda üzümçülük bu gün yeni inkişaf dövrünü yaşayır. Burada üzüm bağlarının salınması və orqanik bioşərab istehsalı məqsədi ilə 2014-cü ildə “Şirvan Şərabları” MMC təsis olunmuşdur. 
Müəssisə əkilən üzümlərin mühafizəsində kimyəvi vasitələrdən istifadə etmir. Hazır məhsullar Fransanın “Ecocert” şirkəti tərəfindən sertifikatlaşdırılmışdır.
2018-ci ildə istifadəyə verilən “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub.
Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin, regionun turizm potensialını nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir.

Bizi izləyin

SKIP VIDEO / VİDEONU KEÇ